Türkiyədə COVID-19-a yoluxanların sayında əvvəlki günlərə nisbətən azalma müşahidə edilib.
SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün rəsmi tvitter səhifəsində bildirib.
Belə ki, son sutka ərzində Türkiyədə 364 min 426 nəfər COVID-19 testi verib, onlardan 54 min 100 nəfərin testinin nəticəsi pozitiv çıxıb.
Son 24 saat ərzində 136 nəfər isə bu xəstəlikdən vəfat edib. Sağalanların sayı isə 68 min 895 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB