Türkiyədə 1 il ərzində 138 milyon dozadan çox peyvənd vurulub

Səhiyyə naziri Fahrettin Koca Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası ilə mübarizə çərçivəsində 1 il ərzində 138 milyon dozadan çox peyvənd vurulduğunu bildirib.

SİA xəbər verir ki, Koca sosial media hesabındakı paylaşımında Türkiyədə Covid-19 epidemiyası əleyhinə peyvəndlənmənin ödənişsiz olarapq 1 il əvvəl başladığını xatırladıb və deyib:

"1 ildə 138 milyon dozadan çox peyvənd vuruldu. Bu müddət ərzində biz də öz peyvəndimiz olan "TURKOVAC" vaksinini istehsal etdik. Geniş yayılmış peyvəndlənmə bizi 1 ildə normal həyatımıza çox yaxınlaşdırdı. Qətiyyətlə əskik peyvəndlərimizi ilk gün olduğu kimi tətbiq etdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə