Pandemiya böyük ərazidə, məsələn bir neçə qitədə yayılıb, böyük sayda insanlara təsir edən epidemiyaya deyilir. Eyni zamanda epidemiya prosesinin də zirvəsi hesab olunur. Pandemiya şəraitinin olması üçün bir xəstəlik və ya vəziyyət geniş yayılması və ya bir çox insanı öldürə bilməsi ilə yanaşı, həmçinin yoluxucu olmalıdır. Artıq bir neçə ildir ki, biz də koronavirus pandemiyası şəraitində yaşayırıq. Bunun isə xəstəlikdən əlavə olaraq bir çox mənfi və müsbət cəhətləri mövcuddur. Biz də bu mövzunu araşdıraraq, sosiloloq və psixolqun fikirlərini öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bunları deyib: "Artıq bir neçə ildir ki, pandemiya şəraitində yaşayırıq. Bunun isə təbii olaraq mənfi yönləri həddindən çoxdur".

Onun sözlərinə görə, ən böyük mənfisi isə insanların səhiyyə xidmətindən demək olar ki, məhrum olmasıdır: “Hazırda bir çox insan qorxusundan həkimə də gedə bilmir ki, orada xəstəlik tutar. Pandemiya hər bir sahəyə az ya da çox dərəcədə ziyan vurub. Amma bütün bunlarla yanaşı müsbət tərəfləri də oldu. İnsanlar artıq xəstəliklərdən qorunmaq qaydalarını öyrəndilər. İstər-istəməz bir çox insan evə qayıtdıqda əllərini dərhal yumaq vərdişlərinə yiyələnib. Eyni zamanda bir çox sahələr onlayn olaraq işləməyi öyrəndilər. Bu proses olduqca təkmilləşdi. Bu dövr ərzində “Zoom”, “MS Teams” proqramları vasitəsilə bir çox konfranslar həyata keçirilib . Bunları pandemiyanın qazandırdığı müsbətlər kimi qəbul etmək olar.
Psixoloq Vüsalə Əmiraslanova: "Ümumiyyətlə pandemiya şəraiti insanlar üçün yeni bir dəyişim oldu. Yəni epidemiya şəklində olduqda insanlar bilirlər ki, bu xəstəlik müəyyən ərazidə var digərində isə yoxdur. Bununla da özlərini qoruya bilirlər. Lakin pandemiyanın olması isə artıq daha çox kütləvi xarakter daşıyırdı".

Onun sözlərinə görə, bu da öz növbəsində insanları daha çox təşvişə saldı: “İnsanların bu prosesə adaptasiyası da uzun müddət tələb etdi. Hətta bir çox insan bir müddət bu xəstəliyi qəbullanmadı. Xəstəliyə yoluxmadığı halda stress və təşvişə düşüb özünə əlavə xətər yetirən ziyan vuran insanlar da oldu. Elə insanlar oldu ki, hələ xəstəliyə tutulmamış keçirtdiyi həyəcan nəticəsində ürəkçatışmamazlığı, digər müəyyən narahatçılıqlar yarandı. Hazırda da pandemiya şəraitinin davam etməsi insanlarda qeyri-sabitlik yaradır. Eyni zamanda təhsil sahəsində də irəliləyişin olması təhsil müəssisələrinin açılması istiqamətində də müəyyən addımlar atılıb. Lakin xəstəliyin hələ də davam etməsi körpələrimizin də sağlamlığına təsir edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB