Koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib

Koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib

Belçikada dekabrın 26-dan "omikron" ştammının yayılması təhlükəsi səbəbindən koronavirus pandemiyası ilə mübarizə üçün daha sərt tədbirlər tətbiq edilməyəmə başlayıb.

SİA-nın məlumatıa görə, bu barədə "Kommersant" qəzeti xəbər verib.

Ölkədə kinoteatrlar, teatrlar, konsert zalları və digər əyləncə təşkilatları bağlanıb. İdman tədbirlərinə tamaşaçıların buraxılması da qadağandır.

Məktəblərdə 6 yaşından yuxarı şagirdlər qoruyucu maskalar taxmağa məcburdurlar. Həmçinin, yanvarın 10-dək təhsil müəssisələrinin tətil üçün vaxtından əvvəl bağlanması qərara alınıb.

Şirkət rəhbərlərinə mümkün olduqda əməkdaşları məsafədən iş rejiminə köçürmələri tövsiyə edilib. Onlar həftədə ən azı dörd gün evdən işləməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə