Zeytun yarpağının faydaları

Zeytun yanğını aradan qaldıran, qan şəkəri, yüksək təzyiqi salan, damar sərtliyinin qarşısını alan, qan lipit səviyyəsini salan, sümük əriməsini bərpa edən, mikrob öldürən, xərçəng və digər xəstəliklərə qarşı faydalı təsir göstərən meyvədir. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Zeytun yarpağı çayının bədənə çox faydaları var:

  • antioksidan təsirə malikdir,
  • böyrəklərdən su xaricini artırır,
  • insulin müqavimətini yüksəldir,
  • bədən çəkisinin idarəsində istifadə edilir,
  • şəkər xəstəliyində qan şəkərini tarazlaşdırır.

Hüceyrələri qısa müddətə yeniləyir

Tərkibində omeqa yağ turşuları olan zeytun yarpağı sızanağı cilddən təmizləyir və ləkə saxlamır. Yara, qızarıqlıq, qaşıntı zamanı zeytun yarpağı çayı dərinin yenilənməsini təmin edir.

Diqqət əskikliyi, yuxu pozulmasına qarşı da təsirlidir.

Mərkəzi sinir sistemini gücləndirir.

Ürək sağlığını qoruyur. Daim istifadə edilən zeytun yarpağı çayı damar tıxanıqlığının qarşısını alır. Təzyiqi tarazlayır və ani təzyiqdən qoruyur. Qan axışına yaxşı təsir göstərdiyi üçün infarkt riskini azaldır.

Bütün bunlar zeytun yarpağı çayının tərkibindəki omeqa-3 yağ turşuları sayəsində reallaşır.

Ağrı kəsici və əzələ yumşaldıcı xüsusiyyətə malikdir. Əzələ və baş ağrısı şikayətlərində zeytun yarpağı çayı içmək məsləhətdir.

Üst tənəffüs və sidik yollarında infeksiyanı aradan qaldırır.

E vitamini və antioksidan maddələr baxımından zəngin olan zeytun yarpağı çayı mədə-bağırsaq və immunitet sistemini gücləndirir.

Zeytun yarpağı çayı neçə gün içilməlidir? Gün ərzində 2-3 dəfə olmaqla bu çayı içə bilərsiniz. Təsirini daha yaxşı görmək üçün ən az 2 ay içmək məsləhətdir.

Zeytun yarpağı çayını içərkən ac və tox olmanızla bağlı narahatlığa ehtiyac yoxdur: nahar zamanı yemək yanında da, gün ərzində ara vaxtlarda da istifadə etməniz uyğundur.

Zeytun yarpağı çayı kimlərə olmaz?

  • 18 yaşdan aşağı gənclərdə və uşaqlar,
  • aktiv komponentlərə həssaslığı (allergiya) olanlar,
  • maye qəbulunun məhdudlaşdırıldığı, yəni böyrək çatışmazlığı, ürək narahatlığı və s. olan xəstələr,
  • hamilə və əmizdirmə dövründə olan qadınlar,
  • təzyiq xəstələri,
  • əməliyyatdan sonra və ya xroniki dərman istifadə edənlər.

Çox nadir də olsa, ürək bulanması və ya qaşınma kimi yan təsirlərlə qarşı-qarşıya qalsanız zeytun yarpağı çayını içməyi dayandırmaq lazımdır.

Zeytun yarpağını saxlama qaydaları:

Zeytun yarpaqları işıqdan və nəmdən qorunacaq şəkildə, möhkəm bağlanılmış, plastik olmayan qablarda və sərin bir mühitdə saxlanılmalıdır.

Zeytun yarpağı çayı necə dəmlənir?

Ləvazimat 1 çay qaşığı quru zeytun yarpağı və 2 stəkan isti sudan ibarətdir. Amma bir neçə hazırlanma qaydası var.

Birinci tərif belədir. bir fincan isti suyun içinə 6-10 qram (iki çimdik) quru zeytun yarpaqlarını əlavə edib 10 dəqiqəyə qədər dəmlənməsini gözləyin, sonra çayı süzüb içə bilərsiniz.

İkinci tərif belədir. İki çimdik (6-10 qram) bütün qurudulmuş zeytun yarpaqlarının üzərinə 1 stəkan yarım qaynar su əlavə edin, 15-20 dəqiqə dəmləyin, süzün, için. Hər dəfə təzə hazırlanmaqla gündə 3 dəfə və gündəlik doza 30 qramı keçməmək şərtilə içə bilərsiniz.

Üçüncü tərif belədir: 10 qram təzə və ya 5 qram qurudulmuş zeytun yarpağını 1 stəkan yarım su ilə suyun miqdarı 1 stəkana qədər azalana qədər qaynadın, süzün. Təzə-təzə hazırlanan bu çaydan gündə 2 dəfə içə bilərsiniz.

İstəkli və sağlığını qorumaq istəyən dinləyicilər, TRT “Türkiyənin səsi” radiosundan “Sağlıq olsun” rubrikasını dinlədiniz. Bu gün zeytun yarpağının faydaları və qaydalarından danışdıq. Mətni Mehmet Uçar hazırlamışdı, mən Sevda Mirzə oxuyub təqdim etdim.

Bütün xəbərlər Facebook səhifəmizdə