Hindistanın Kerala əyalətində ölümcül “Nipah” virusunun yayılması qeydə alınıb. “NDTV” telekanalı xəbər verir ki, bu barədə Vine George əyalətinin səhiyyə naziri bildirib.
SİA bu barədə Ramblerə istinad edir.
Nazirin sözlərinə görə, yeni virusun simptomları 11 nəfərdə aşkarlanıb, xəstəxanaya yerləşdirilənlərin vəziyyəti stabildir.
“Tibb Kolleci və Kozhikode Xəstəxanasında təcrid olunmuş 38 nəfər var, onlardan 11-də bu simptomlar var. Səkkiz nəfərdən test üçün nümunələr Milli Virologiya İnstitutuna göndərilib”.
Daha əvvəl Hindistanın Kerala əyalətində “Nipah” virusunun yayılması səbəbindən 12 yaşlı bir uşağın öldüyü bildirilmişdi. Xəstəliyin yayılmasına nəzarət etmək üçün əyalətin sərhəd qapılarında təhlükəsizlik məntəqələri qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB