Braziliyada son bir gündə 764 nəfər koronavirusdan ölüb

Braziliyada son sutka ərzində daha 26 280 nəfərin koronavirus infeksiyasına yoluxması, 764 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.SİA xarici mətduata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 830 495 nəfər yoluxub. Bu müddət ərzində 581 914 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 19 801 725 xəstə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə