İnsan beynində əvvəllər bilinməyən bir bölgə kəşf edilib - TƏDQİQAT - VİDEO

İnsan beynində əvvəllər bilinməyən bir bölgə kəşf edilib - TƏDQİQAT - VİDEO

Avstraliyalı alim Corc Paksinos beyində "incə motor" hərəkətlərini idarə etdiyi düşünülən yeni bir bölgə kəşf edib. Əvvəllər diqqət çəkməyən bölgənin heyvanlarda olmadığı bildirilir və insanları heyvanlardan fərqləndirən "incə motor" bacarıqları üçün istifadə edilə biləcəyi düşünülür. "İncə motor" bacarıqları, misal üçün, insanların musiqi alətində ifa etməsi, yazı yazmaq və ya idman etmək kimi insanları heyvanlardan ayıran bacarıqlara deyilir.

SİA xəbər verir ki, professor Corc Paksinos 30 il əvvəl apardığı araşdırmalar zamanı bölgəni beyində gördüyünü, ancaq bunun üzərində dayanmadığını söyləyir. Buradakı hüceyrələrin funksiyasının əvvəllər heç öyrənilmədiyini başa düşən tədqiqatçı, yeni nəşr olunan kitabında bölgənin özəlliklərinə dair nəzəriyyələrini ortaya qoydu.

Yerinə görə "endorestiform əsas" adlanan bölgənin meymunun beynində tapılmadığına diqqət çəkilib. Sözügedən hüceyrə populyasiyasının vacib bir funksiyaya sahib olduğu düşünülsə də, mövzu ilə əlaqədar daha çox araşdırma edilməsi lazımdır.

Dünyanın ən çox tanınan beyin kartoqraflarından biri olan Paksinos beynin fərqli hissələrinin funksiyalarını ortaya qoyan 'beyin atlasları' yaradaraq bu sahədə araşdırma aparan həkim və elm adamlarından biridir. Yeni kəşf olunan bölgə Alzheimer kimi beyin xəstəliklərinin yeni müalicələrini tapmaq üçün istifadə edilə bilər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə