Soyuq duşun faydaları - Mütləq oxuyun

Hamımız bilirik ki, soyuq duş qəbul etmək bizi oyadır və bizə yaxşı enerji verir. Soyuq su ilə qısa bir duş qəbul etmək dəri sağlamlığına faydalıdır və dəri problemlərini aradan qaldırmağa kömək edir:

1- Dəriyə təbii parlaqlıq verir

Soyuq duş qəbul etmək qan dövranını artırmağa kömək edir. Bu şəkildə üzə təbii bir parıltı verə bilər. Üstəlik bunun üçün uzun müddət duşda qalmağınıza ehtiyac yoxdur. Dərini qidalandırmaq üçün bir az soyuq və ya isti su da kifayət edə bilər.

2. Dərinin yaşlanmasının qarşısını alır

Soyuq duş qəbul etmək vərdişiniz varsa, deməli dərinizin uzun müddət gənc qalacaq. Soyuq su əsəb sisteminizi aktivləşdirir. Bu, bədənin streslə mübarizə hormonlarını və beyin kimyəvi maddələrini sərbəst buraxmasına imkan verir.

Araşdırmalar göstərir ki, psixoloji stres dərinin qocalmasına birbaşa təsir göstərir və bədənin bir çox sistemini mənfi təsir göstərir.

3. Dəri ilə bağlı problemlərin qarşısını alır

Soyuq duş beyinə çox miqdarda elektrik impulsu göndərir və xoşbəxtlik hormonu olaraq bilinən endorfinlərin sərbəst buraxılmasına kömək edir. Bu kimyəvi maddələr orqanizm tərəfindən sərbəst buraxıldıqda, stres səviyyəsi azalır və sızanaq, sədəf və dermatit kimi dəri problemlərinə daha az meylli olursunuz.

4. Məsamələri sıxlaşdırır

İsti su dərinin qoruyucu yağlarının məhv olmasına səbəb ola bilər. Soyuq su məsamələri müvəqqəti daraldaraq bu problemin qarşısını alır.
Həm də üzünüzə canlılıq və parlaqlıq əlavə edir. Soyuq su qan damarlarının sıxılmasına səbəb olduğundan dəridə daha az şişlik və qızartı olur.

5. Qaşınmanın qarşısını alır

İsti su dərinin qırmızı, qaşınmasına və soyulmasına səbəb ola bilər. Soyuq su isə bunun əksini edir. Qaşıntıdan əziyyət çəkənlər üçün soyuq duş yaxşı bir müalicə ola bilər. Bir işə görə, dərinin soyuq su ilə yuyulması, sədəfin yaratdığı güclü qaşıntıları azaltmağa kömək edir.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə