“COVID-19 qasırğasının qarşısını necə ala bilərik?”

Mərkəzi Gömrük Hospitalının infeksionist həkimi Mədinə Abdullayeva “Həkim məsləhəti” rubrikasında sualı cavablandırıb

Müşahidələr yoluxma sayındakı artmanı göstərir. Aşağıdakı səbəblərlə bağlı yeni bir "COVID-19 qasırğası" ilə qarşılaşa bilərik:

Virus mutasiyası;

Peyvəndləmədə gecikmə;

Təkrar yoluxmanın mümkünlüyü;

Qaydalara ciddi riayət edilməməsi:

COVID-19 qasırğasının qarşısını necə ala bilərik? Bunun üçün ən önəmli yol peyvəndləmədir. Nəticə əldə etmək üçün cəmiyyətin 65-70%-i peyvənd olunmalıdır. Peyvəndləmənin bu səviyyəyə çatmasına qədər virusdan qorunmada ən effektiv yol qaydalara ciddi riayət edilməsidir. Bu qaydalar isə əl və tənəffüs gigiyenası, sosial məsafə (1.5-2 metr) və maska taxmaqdır. Tünlük, yaxşı havalandırılmayan yerdə 15 dəqiqədən daha artıq qalacaqsınızsa, ikiqat maska taxılması tövsiyə olunur.

Peyvəndləmə mutasiyaların yayılmasının qarşısını ala bilərmi? Mutant viruslar daha yoluxucudur, daha çox xəstəxana müalicəsinə və ölümə səbəb olur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, peyvəndləmə Ro göstəricisini aşağı saldığı üçün yoluxuculuq azalır və mutant virusların ortaya çıxma ehtimalı aşağı düşür. Hazırda ölkəmizdə istifadə olunan "CoronaVAC" peyvəndinin koronavirusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektli olduğu göstərilmişdir.

Peyvənd həyat qurtarır!

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...