Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 117 nəfər müalicə olunaraq sağalıb, 270 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 234 min 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 768 nəfər müalicə olunaraq sağalıb, 3220 nəfər vəfat edib. Aktiv xəstə sayı 2549 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 598 min 679 test aparılıb. Bugünkü test sayı isə 7444-dür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə