Nəhayət ki, koronavirusun ingilis ştammının fotosu çəkildi

Novosibirskdə yerləşən “Vektor” elmi tədqiqat mərkəzinin işçiləri dünyada ilk dəfə koronavirusun yeni Britaniya ştammının şəklini çəkə biliblər. Xatırladaq ki, koronavirusun yeni ştammı 2020-ci ilin dekabr ayında Böyük Britaniyada tapıldı.

Mikro çəkilişi etmək üçün tədqiqatçılar 100 min dəfə böyüdən elektron mikroskopdan istifadə ediblər. Virus hissəciyi çevrəşəkillidir, diametri təxminən 140 nanometr təşkil edir.

“Vektor” elmi mərkəzində koronavirusun bu növünün üzərində tədqiqatlar davam etdirilir. “İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, elm adamları laboratoriya heyvanlarından istifadə edərək hüceyrə səviyyəsində və eksperimental modellərdə virusun struktur xüsusiyyətləri və təzahürlərini araşdırırlar.

İngilis koronavirusu üçün xarakterik olan mutasiyalar, virusda aşkarlanan dəyişikliklərdən təsirlənməyən viral zülalın konservativ hissələrinə aid peptid antigenləri ehtiva edən “EpiVacCorona” peyvəndinin effektivliyinə təsir etmir",-deyə elmi tədqiqat mərkəzindən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə