Ukrayna COVİD-19-a qarşı "Sputnik V" vaksinini alacaq?

Ukrayna Səhiyyə naziri Maksim Stepanov səlahiyyətlilərin əhalini “məlumat müharibəsi” olmadan dünyanın aparıcı istehsalçılarından peyvəndlərlə təmin edə biləcəyinə əmin olduğunu deyib.

O deyib ki, Xarkov şirkəti "Biolik" Ukraynada koronavirusa qarşı Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin qeydiyyata alınması üçün müraciət edib.

Nazir bu dərmanın ətrafında bir çox "siyasət" olduğunu qeyd ediərək deyib: “Bu Rusiyanın yeganə dərmanıdır ki, ətrafında çox sayda siyasət aparılır. Bu başa düşüləndir, çünki Rusiya Federasiyası hibrid müharibəsində həmişə hər fürsətdən istifadə etmişdir”.

Stepanovun sözlərinə görə, bir şirkəti qeydiyyatdan keçirmək üçün qeydiyyat forması, habelə peyvəndin təhlükəsizliyini açıq şəkildə sübut etməli və klinik sınaqların 3 mərhələsinin nəticələrini göstərməli olan bir sənəd təqdim etmək lazımdır. Yalnız bundan sonra dərmanın keyfiyyətindən danışmaq mümkün olacağını qeyd etdi.

"Bununla, bəzi siyasi şüarları yox, bu Rusiya peyvəndinin nə olduğunu görəcəyik"- nazir deyib.

Stepanov jurnalistləri əmin edib ki, Ukrayna "informasiya müharibəsinə başlamadan" özünü açıq və effektiv şəkildə müraciət edən dünyanın aparıcı istehsalçılarından peyvəndlərlə təmin edə bilər.

Bu günə qədər dünyada heç bir koronavirus peyvəndi sınaqların 3-cü mərhələsini tam keçməmişdir. ÜST, aralıq nəticələr üçün bütün peyvəndlərin sürətli izlənilməsini tövsiyə edir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə