Mərkəzi Gömrük Hospitalının patomorfoloqu Müqabil Şıxəliyev “Həkimlərimizi tanıyın!”

Dr.MÜQABİL ŞIXƏLİYEV Mərkəzi Gömrük Hospitalında qastrointestinal sistem, beyin şişləri, urolojik sistem, dəri xəstəliklərinin və törəmələrinin, sitologiya nümunələrinin, endokrin sistem, süd vəzi, hematoloji sistem, sümük və yumşaq toxuma xəstəliklərinin patologiyalarının histologiyası, bütün növ endoskopik, iynə biopsiyaları və cərrahi eksiziya materiallarının histolojik incələnməsi, geniş miqyasda histokimyəvi və immunohistokimyəvi boyamaların tətbiqi və dəyərləndirilməsi ilə məşğul olur.

Dr. Müqabil Şıxəliyev 2003-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. O, 2008-2009-cu illərdə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserinin Patositomorfoloji laboratoriyasında internatura keçib. O, 2016-2017-ci illərdə Türkiyə Cümhuriyyəti Kocaeli Universiteti Tibb fakültəsi patohistoloji şöbəsində həkim patomorfoloq kimi çalışmışdır. Dr. Müqabil Şıxaliyev 2017-ci ildən Mərkəzi Gömrük Hospitaında həkim-patomorfoloq kimi fəaliyyət göstərir.

Daim öz bilik və bacarıqlarını inkişaf etdirən, tibbin ən son yeniliklərini fəaliyyətində tətbiq edən Dr.Müqabil Şıxaliyev ölkəmizdə və xaricdə keçirilən konfranslarda, seminarlarda və təkmilləşdirmə kurslarında iştirak edir. O, 2017-ci ildə İstanbul Bezmialem Vakıf Universiteti Tibb fakültəsində qaraciyər patohistoloji kursunda, 2017-ci ildə İzmir Ege Universiteti Tibb fakültəsi Tiroid sitopatoloji kursunda və digər tədbirlərdə iştirak etmişdir. O, Türk Pataloji Dərnəyinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/muqabil-shixaliyev/.

Bütün xəbərlər Facebook səhifəmizdə