Koronavirus heç vaxt yox olmaya, endemik hala gələ bilər - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19 epidemiyasına səbəb olan virusun endemik hala gələ biləcəyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Virusun nə vaxt bitəcəyini proqnozlaşdırmağın doğru olmadığını deyən təşkilat QİÇS-ə səbəb olan HİV virusu kimi Covid-19 səbəb olan virusa qarşı peyvənd tapılsa belə, əsla yox ola bilməyəcəyini vurğulayıb.

Epidemiyanın qarşısını almaq üçün "sıx səylərin" davam etdirilməli olduğunu bildirən ÜST-nin təcili yardım mütəxəssisi Mayk Rayan, "Bunu masaya qoymalıyıq. Bu virus cəmiyyətlərimizdə bir endemik hala gələ bilər və heç vaxt yox olmaya bilər" deyib.

Doğru deməyin vacibliyinə işarə edən ekspert, "Bu xəstəliyin nə vaxt bitəcəyini heç kim deyə biləcəyini düşünmürəm. Düşünürəm ki, bu sahədə veriləcək sözlər və tarixlər yoxdur. Xəstəlik uzunmüddətli bir problemə də çevrilə bilər və ya əksinə" deyə bildirib.

'Peyvəndi tapmaq, xəstəliyin sona çatacağı demək deyil'

Dünyada 100-dən çox vaksin tədqiqatı və klinik testlər aparılır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, peyvəndi tapmaq virusun yox olacağı mənasına gələ bilməz. Qızılca xəstəliyini misal gətirən Rayan, bu xəstəliyə qarşı istehsal olunan vaksinlərin virusu məhv etmək üçün yetərli olmadığını vurğulayır.

Endemik, müəyyən bir ərazidə və ya müəyyən bir populyasiya arasında proqnozlaşdırılan dərəcədə baş verən bir epidemiya olaraq təyin olunur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...