"Koronavirus qorxulu deyil, anlaşılmaz xəstəlikdir" MÜTƏXƏSSİS RƏYİ

"Koronavirus qorxulu deyil, anlaşılmaz xəstəlikdir" MÜTƏXƏSSİS RƏYİ

"Koronavirus törədicisi olan COVİD-19 qəribə hərəkətlər edir. Virus nədənsə klassik epidemiologiya, respirator virus infeksiyalarının klassik patogenezini izləmir". SİA-nın xəbərinə görə, bunu rusiyalı infeksionist, yolxucu xəstəliklər şöbəsinin müdiri Vladimir Nikiforov açıqlayıb.

O bildirib ki, ağciyərdəki dəyişikliklə xəstənin rifahı arasındakı uyğunsuzluq tamamilə anlaşılmazdır: "Ağciyərdə aparılan KT müayinəsinə əsasən (Kompüter Tomoqrafiyası) xəstənin ən azı renimasiyada olması görünsə də, həmin xəstə özünü yaxşı hiss edə bilir. Lakin birdən xəstədə çöküşlü fəlakət qeydə alınır".

Mütəxəssis qeyd edib ki, bundan əvvəl sətəlcəm xəstəliyi rentgen üzərində aydın görülürdü: "Lakin koronavirus infeksiyası zamanı ağciyərdəki sətəlcəmi görmək mümkün deyil".

"Biz yeni xəstəliklə üz-üzəyik. Mən deməzdim ki, o çox qorxuludur. Lakin çox qəribə və anlaşılmazdır", - deyə infeksionist qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə