Koronavirus daha kimlərə tez yoluxur? Klyüge

Koronavirus əsasən diabet və digər xroniki xəstəlik daşıyıcıları olan insanlara daha çox təhlükə yaradır. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klyüge bildirib.

"Xəstəlik diabetlərdə daha ağır formada müşahidə olunur və daha ciddi nəticələrə gətirib-çıxarır", deyə qeyd edən Klüge əlavə edib ki, İtaliyada hər 3 pasientdən biri diabet xəstəliyindən və ya digər xroniki xəstəliklərdən əziyyət çəkib, məsələn respirator xəstəliklərindən...

"Bu isə, ağır çəkili respirator xəstələri olan insanlarda müşahidə edilir və mövcud məlumatlar Çindən daxil olub", deyən Klüge sonda bildirib ki, sağlam həyat tərzi mühümdür: "İnsan nə qədər sağlamdırsa, koronavirus infeksiyasına daha asan qalib gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə