"Karantində olan şəxslərin sağlamlığında mənfi hal aşkar edilməyib" Nazir müavini

"Karantində olan şəxslərin sağlamlığında mənfi hal aşkar edilməyib" Nazir müavini

“Bu gün COVİD-19 dünya ölkələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı üçün ən prioritet məsələlərdən biridir. Bildiyiniz kimi, ilk xəstələnmə 2019-cu ilin dekabr ayında qeydə alınmışdı, lakin son açıqlanan rəqəmlər virusun xeyli yayıldığını göstərir”. SİA-nın xəbərinə görə, bunu səhiyyə naziri Viktor Qasımov deyib.

Azərbaycanda virusa yoluxma halı qeydə alınmamışdan öncə profilaktik tədbirlərə başlanıldığını deyən nazir müavini bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim müzakirələr aparılır, tövsiyyələr alınır: “Azərbaycanda koronavirusa yoluxanlar şəxslər İranda olub orada yoluxan vətəndaşlardır. Hazırda həmin şəxslər karantindədirlər. Karantinin yarım müddəti bitsə də, onların sağlamlıqlarında mənfi hallar aşkar edilməyib. Hesab edirik ki, belə davam edərsə, xəstələr karantin müddəti bitdikdən sonra evlərinə buraxılacaqlar".

V.Qasımov qeyd edib ki, Azərbaycanda vurisa yoluxanların sayı kütləvi xarakter daşımasa da, virusa yoluxma təhlükəsinin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirilir: “Bildiyiniz kimi Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılıb və gündəlik olaraq vəziyyət nəzarət altında saxlanılır. Hazırda koronavirusla bağlı məsələ aktual olduğu üçün məsələ ölkə rəhbəri tərəfindən nəzarətə götürülüb. Bütün tibb ictimaiyyəti koronavirus təhlükəsinin qarşısının alınması işlərinə qoşulub, bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir. Bu gün ölkəyə daxil olan xüsusilə də virusun geniş yayılmış ölkələrdən Azərbaycana gələn şəxslər, qonaqlar mütləq testlərdən keçirilir, onların tibbi müşahidəsi təmin olunur. Azərbaycanda epidemioloji vəziyət daim nəzarətdədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə