Dünya ölkələri koronavirusun inkişaf trayektoriyasını dəyişə bilər ÜST
Dünya ölkələri koronavirus epidemiyasının inkişaf trayektoriyasını dəyişə bilər.
SİA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus gündəlik brifinq zamanı deyib.
O bildirib ki, ÜST virusun yayılması məsələsində ümidverici əlamətlər görür: “Bəzi ölkələr çoxlu sayda yoluxma barədə məlumat versələr də, 115 ölkədə ümumiyyətlə yoluxan olmayıb. Son iki həftə ərzində 21 ölkədə yalnız 1 yoluxma qeydə alınıb, 5 ölkədə isə yoluxan olmayıb”.
Baş direktor əlavə edib ki, epidemiyanı kollektiv səylər nəticəsində dayandırmaq olar: “Əgər bütün ölkələr addım atsa, bu epidemiyanın trayektoriyasını dəyişmək olar”.
Onun sözlərinə görə, şayiələr və dezinformasiya ilə mübarizə bu virusla mübarizənin vacib hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB