Daha bir neçə ölkədə koronavirusa yoluxma halı təsdiqləndi

Daha bir neçə ölkədə koronavirusa yoluxma halı qeydə alınıb. Belə ki, Avropanın daha 2 ölkəsi Hollandiyada və Şimali İrlandiyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

Nigeriyanın da Səhiyyə Nazirliyi ölkənin Laqos əyalətində ilk koronavirusa yoluxma halının qeydə alındığını təsdiqləyib.

İlk koronavirus infeksiyası Yeni Zelandiyada da aşkar edilib. Bu barədə ölkənin Baş naziri açıqlayıb. Onun sözlərinə görə, hazırda xəstənin vəziyyəti sabitdir.

Növbəti ilk yoluxma halı Litvada təsdiqlənib. Xəstə Şiaulyaydakı xəstəxanada karantində saxlanılır. Onun İtalyaya yaxın ərazidən ifeksiyaya tutulduği deyilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə