İsraildən olan həkim, yaxınlaşan bir qlobal epidemiya barədə proqnoz verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu proqnoz Həkimlərin Ümumdünya Həmkarlar İttifaqının rəhbəri, İsraildən olan həkim Leonid Eydelmana məxsusdur.

"Bilirik ki, yaxın bir neçə ildə dünyada böyük bir epidemiya təhlükəsi gözlənilir. Bu, yeni bir virus olacaq. Hələ bilmirik, amma bəlkə də koronaviruslardan biri olacaq. Coronavirus adətən qrip və öskürək ilə yayılması xüsusiyyəti ilə tanınır. Ancaq dəyişikliklər var və artıq viruslar da dəyişir, mutasiya edir. 2003-cü ildəki dəyişikliklərdən biri SARS adlı ağır bir epidemiyaya səbəb olub. Çində bir çox həkim və tibb bacıları bu virusa yoluxub və hətta ölüblər də. Virusun digər bir təzahürünə Yaxın Şərqdə də rast gəlinib. Bu, Yaxın Şərq (Middle East) sözü ilə MERS adlanıb”, deyə Eydelman bildirib.
O, xatırladıb ki, bəşər tarixində artıq qlobal epidemiya halları dəfələrlə olub. Ən məşhur və ölümcül biri, bir əsr əvvəl dünyanı öz təsiri altına almışdı.
"Tarixdəki ən ölümcül epidemiyalardan biri, Avropaya girən Amerikan əsgərləri tərəfindən keçirilmiş İspan qripi idi. Müxtəlif məlumatlara görə, bu səbəbdən 50 ildə 100 milyon arasında insan ölüb. Son illərdə bu tipli epidemiyanın ola biləcəyi də gözləniləndir", deyə Həkimlərin Ümumdünya Həmkarlar İttifaqının başçısı xəbərdarlıq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...