Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev mayın 16-da saat 11:00-da İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda İsmayıllı, Göyçay, Qəbələ, Şamaxı, Qobustan rayonlarının sakinlərinin müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyənlər İsmayıllı MRX-də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə