Ətdən, süddən və digər süd məhsullarından insana çox ağır infeksiya - brusella keçə bilər. Bu infeksiya insanda brusellyoz xəstəliyinin inkişafına səbəb olur. Bu çox təhlükəli xəstəlikdir. Bruselyoz insanı hətta əlil edə bilər.
İnfeksiya mənbəyi xəstə ev heyvanlarıdır (inək, keçi, qoyun). İnfeksiya orqanizmə dəridə olan sıyrıntılardan (çiy əti doğrayanda və s.), tənəffüs orqanların selikli qişasından və həzm sistemindən (xəstə heyvanın südünü, ətini qəbul etdikdə) daxil ola bilər. Daha sonra infeksiya bütün orqanizm boyu yayılır və ağır pozulmalara səbəb olur. Bruselyoz hiyləqər xəstəlikdir - onun spesifik simptomları yoxdur. Xəstə müxtəlif pozulmalardan əziyyət çəkir və illər ərzində müxtəlif həkimlərdə müalicə alır, lakin şəfa tapmır. Xəstəlik bir çox hallarda xroniki formaya keçir.
Bruselyozun simptomları
- baş ağrıları, əsəbilik, yuxusuzluq, güclü zəiflik
- əzələ, oynaq və bel ağrıları
- hərarətin uzun müddət ərzində "səbəbsiz olaraq" artması
- tərləmənin artması (xüsusilə gecə saatlarında)
- qara ciyərin və dalağın böyüməsi
- ürək iltihabları (miokardit, endokardit, perikardit)
- cinsiyyət sistemi iltihabları, sonsuzluq, qadınlarda menstrual dövrünün pozulmaları
- sinir sisteminin zədələnmələri (meningit, ensefalit, nevrit)
- bədən çəkisinin və iştahanın azalması
- bronxit, pnevmoniya.
Gördüyümüz kimi, bruselyozun spesifik simptomları yoxdur. Bu isə onun diaqnostikasını çətinləşdirir. Xəstəliyin diaqnozunun qoyulması üçün xüsusi qan analizləri və digər müayinələr aparılır.
Bruselyozun müalicəsində antibiotiklər, iltihab əleyhinə preparatlar, immun sistemini gücləndirən preparatlardan istifadə olunur. Müalicə çətin və uzunmüddətlidir. Müalicə olunmuş xəstə daha sonra bir müddət ərzində həkimin nəzarətində qalmalıdır.
Bruselyoz xəstəliyinə tutulmaq asandır, lakin onu müalicə etmək çox çətindir. Bu səbəbdən özünüzü bruselyozdan qoruyun. Bunun üçün bu qaydalara əməl edin:
- Bazarlardan və s. bu kimi yerlərdən alınan südü qəbul etdikdən əvvəl yaxşı qaynatmaq lazımdır.
- Bazarlardan şor, pendir, yağ kimi süd məhsulları almayın və qəbul etməyin.
- Heç vaxt çiy ətin dadına baxmayın.
- Əllərinizdə çatlar, sıyrıntılar və s. olduqda çiy ətlə işlədikdə əllərinizə əlcək taxın.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



