Səhiyyə Nazirliyinin sifarişi əsasında tikilən və bu il istifadəyə verilməsi nəzərdə tutulan Goranboy Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara ən müasir tibbi xidmətlər göstəriləcək. Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi əvəzi Vidadi Əliyev məlumat verib.
Bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanası dördmərtəbəli əsas binadan, üç korpusdan və yardımçı tikililərdən ibarət olacaq. Yoluxucu xəstəliklər şöbəsi ilə məhkəmə tibbi ekspertiza və patoloji anatomiya şöbəsi ayrıca korpuslarda fəaliyyət göstərəcək.
Hazırda rayon xəstəxanasının inşasında ikinövbəli olmaqla, 100 işçi çalışır. Binanın ərazisində iki içməli su anbarı, bir yanğından mühafizə məqsədilə su anbarı, istilik qazanxanası, nasosxana, transformator yarımstansiyası, camaşırxana və mətbəx binalarının tikintisi nəzərdə tutulub ki, bu işlərin də müəyyən hissəsi artıq yekunlaşıb.
Goranboy Rayon Mərkəzi Xəstəxanası 130 çarpayılıq olmaqla, burada qəbul, cərrahiyyə, terapiya, mama-ginekologiya, pediatriya, poliklinika, anesteziologiya və reanimasiya, şüa-diaqnostika, hemodializ, laboratoriya, fizioterapiya və təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək.
Mərkəzi xəstəxana istifadəyə verildikdən sonra burada həkim, tibb bacıları və texniki heyətlə birgə, ümumilikdə, 500-ə yaxın işçi rayon sakinlərinin sağlamlığına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB