Bayram günlərində xoşagəlməz hadisə qeydə alınmayıb RƏSMİ AÇIQLAMA
Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev SİA-ya bildirib ki, bu günlərdə də təcili yardıma ümumi çağırışlar edilib: "Çağırışların artımında elə ciddi fərq olmayıb. Poliklinikaların işləməməsi ilə əlaqədar çağırışların sayı bir qədər artıb. Haradasa 100-200 əlavə çağırış olub".
R. Nağıyev qeyd edib ki, ümumilikdə bayram günlərində təcili tibbi yardıma 2000-2100 çağırış daxil olub: "İnsanlar daha çox təzyiq, əsəb, ürək və baş ağrısı ilə əlaqədar təcili tibbi yardıma müraciət edib. Diqqəti cəlb edən, ağır hadisə və ya bayram tədbirləri ilə əlaqədar xoşagəlməz hadisə qeydə alınmayıb”.
Qida ilə bağlı müraciətlərə gəlincə baş həkim əlavə edib ki, sözügedən günlər ərzində cəmi 2-3 nəfər qəbul etdiyi qida ilə əlaqədar müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB