ABŞ-ın İllinoys Universitetinin mütəxəssisləri bu qənaətə gəliblər ki, aclıq hissini püstənin köməyi ilə dəf etmək olar. Bir ovuc püstə doyma hissi yaradır. Püstə çox kalorili olduğu üçün onu əsas yeməkdən əvvəl yeyəndə daha tez doydurur, yəni bu zaman daha az kalori qəbul edirsən. Bu üsul qəbul edilən qidanın miqdarına nəzarət edə bilməyən insanlar üçün faydalıdır.
Diyetoloqlar bildirirlər ki, püstə arıqlamaq üçün ən yaxşı və dadlı vasitədir. Amma alimlər, görünür, bir problemi nəzərə almırlar. İnsanların əksəriyyəti aclıq hissini dəf edənədək deyil, boşqabı “silip-süpürənədək” yeməyə üstünlük verir. Ələlxüsus, yemək dadlı olanda.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB