Sizi daha tox tutacaq və arıqladacaq tövsiyyələr.
Həyatınızı əziyyətə çevirmədən ya da günün hamısını bir ovuc çərəz ilə keçirmədən arıqlaya bilərsiniz. Sizə verəcəyimiz tövsiyələri izləyin və arıqlamağın həzzini çıxarın.
1- Hər zaman nahar edin
Naharsız əsla olmaz. Naharda zülal və yağ qəbul edin.
2- Daha çox yeyin!
Xüsusilə də badam yeyin. Badam, tox qalmanıza kömək edəcək. Ayrıca, əzələ inşası üçün də faydalıdır.
3- Nişastaya yox deyin!
Ağ çörək, kartof və makaron kimi nişastalı qidalar sizi kökəldir. Qidalanmaq üçün buğda məhsullarını seçin. Kartof yerinə də şirin kartof qəbul edin. Təbii ki, çox da yeməyin.
4- Ağır çəkili daşlarla çalışın
Ağır çəkili daşlarla çalışaraq əldə edəcəyiniz əzələlər yalnız performansınızı artırmayacak, eyni zamanda maddələr mübadiləsini də sürətləndirərək daha çox kalori yandırmanızı təmin edəcək.
5- Yeməkdən əvvəl düşünün
İsraf olmasın deyə dünən gecədən qalan peçenyelərə hücum etməyin. Sağlamlığınıza faydalı olan qidaları seçin. Yavaş yeyin, daha uzun müddət tox qalarsınız.
6- Arada özünüzə sərbəstlik verin
Əgər çox qatı intizam altında qidalanma planınız varsa, planınıza sadiq qalmaq çətinləşir. Pizza yemək istəyirsiniz? 2 dilim yeyin. Hamısını yemənizə ehtiyac yoxdur.
7- Karbonhidratları azaldın
Sürətli arıqlamağın ən asan yolu karbonhidratı azaltmaqdır.
8- İnterval qaçışları edin
Uzun bir qaçış etməkdənsə interval qaçışları edin. Daha çox və daha sürətli yağ yandıracaqsınız.
9- İçki içmək olar. Amma...
Dadlandırılmış içkilərdən çox, özünüzə bir qədəh şərab süzsəniz daha yaxşı olacaq.
10- Yağdan qorxmayın
Yağlar sizi tox tutacaq, iştahınızı idarə edəcək. Bədəninizin yağa ehtiyacı olduğunu unutmayın. Amma yeməklərinizdə faydalı yağlardan istifadə edin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB