“Açıq qapı” aksiyasında 215 nəfərin oftalmoloji müayinələri aparılıb

“Açıq qapı” aksiyasında 215 nəfərin oftalmoloji müayinələri aparılıb

Mərkəzi Neftçilər Xəstəxanasında "Açıq qapı" aksiyası keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, aksiya görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü münasibəti ilə tətbiq edilib.

Mərkəzin mütəxəssisləri tərəfindən 215 nəfərin oftalmoloji müayinələri aparılıb. Müraciət edən müharibə əlilləri və şəhid ailələrindən olan 10 şəxsə təmənnasız müxtəlif səpkili oftalmoloji əməliyyatlar icra olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə