"Gündəlik ambulator müraciətlərin sayı 900-1200 arasında dəyişir" RƏSMİ
"Gündəlik ambulator müraciətlərin sayı xəstəxana üzrə 900-1200 arasında dəyişir". SİA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev deyib.
O bildirib ki, ambulator müraciətlərin forması müxtəlifdir: "Amma əsasən ürək-damar xəstəlikləri, diaqnostik xidmətlər daha çox üstünlük təşkil edir. İcbari tibbi sığorta hələlik 2 ərazidə tətbiq edildiyi və maaş sistemi yeni olduğu üçün hələlik agentliyə hər hansı ciddi şikayət daxil olmayıb. İcbari tibbi sığorta səhiyyə sahəsində əsasən maliyyələşmə qurumu olaraq fəaliyyət göstərəcək. İcbari tibbi sığortanın əsas məqsədlərindən biri insanlara əlçatan tibbi xidmətlərə çıxış imkanları verməkdir. Bu maliyyələşmədə vacib elementlərdən biri insanlar xəstələndikdə və tibbi xidmətlərdən istifadə etdikdə xidmətlərin əvəzinin ödənilməsi ilə yanaşı, sağlam mühitin formalaşdırılmasını stimullaşdırmaqdır. Gələcəkdə icbari tibbi sığortanın genişləndirildiyi dövrdə profilaktik tədbirlərin stimullaşdırılmasına dəstək veriləcək. Xüsusilə təhsil və səhiyyə nazirlikləri ilə birgə şagirdlərin sağlam həyat şəraitinin formalaşdırılması, sağlam təhsilin stimullaşdırılması üçün lazımi resurslarla dəstək verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB