Koxlear implantasiyaya hazırlıq məktəbi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya"ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləriylə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, məktəb l ATU-nun Tədris-Cərrahiyyə Klinikasında ilk dərslərinə başlayıb.

Məktəbdə t.ü.f.d. A. Abbasova öncə komissiyaya müraciət edən ailələrə uşaqların ağıreşitmə problemləri, onun həlli yolları, koxlear implantasiya əməliyyatı və bu əməliyyatdan sonrakı dövrdə reabilitasiya məsələləri ilə əlaqəli mühazirələr oxuyacaq, praktik təlimlər keçiriləcəyi barədə məlumat verəcək. Hazırda məktəbin təşkili üçün ATU-nun Tədris-Cərrahiyyə Klinikasında bütün lazımi şərait və mütəxəssislərdən ibarət qrup yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə