Əmzikdən istifadə hansı fəsadlara yol açır? Mütəxxəsis rəyi

Əmzikdən istifadə hansı fəsadlara yol açır? Mütəxxəsis rəyi

"Valideynlər uşaqları sakitləşdirmək üçün əmzikdən şirniyyatlardan istifadə edirlər. Eyni zamanda uşaqlara kalsi-preparatlar, vitaminlər verirlər. Bütün bunlardan çox istifadə uşaqların ağız boşluğunda müəyyən problemlər yaradır".

SİA-nın məlumatına görə, bunu Respublika Uşaq Stomatoloji Mərkəzinin Ortodontiya şöbəsinin müdiri Bürhan Əliyev jurnalistlərə deyib. Onun sözlərinə görə, vitaminlər yalnız qanda kalsiumun miqdarı bilinəndən sonra verilməlidir: "Əmzikdən çox istifadə üst çənədə və dişlərdə problemlər yaradır. Ona görə də imkan daxilində əmzikdən istifadə edilməməlidir".

Həkim bu fəsadların aradan qaldırılmasından da danışıb. Onun sözlərinə görə, xəstəliyin müalicəsi müayinə və ilkin diaqnozdan başlanır: "Ağız boşluğundakı fəsadlar vaxtında aşkar olunarsa, onları tez aradan qaldırmaq olar. Bu anomaliyalar irsi keçir. Amma onların vaxtında qarşısını almaq olar. Uşaqlarda çənə quruluşundakı problemləri 12 yaşa kimi aradan qaldırmaq olur. Yuxarı yaşlarda isə müalicə uzunmüddət davam edir və 80 faiz effekt verə bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə