Nazir səhiyyə ilə bağlı şikayətləri dinlədi

Nazir səhiyyə ilə bağlı şikayətləri dinlədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyev bu gün Kürdəmir Mərkəzi rayon xəstəxanasında Kürdəmir, Ucar, Zərdab, Göyçay, Ağdaş rayon sakinlərini qəbul edib.

Ümumilikdə 22 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilb.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə