Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb

Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb

Elmi Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutu iş planını Azərbaycan Respublikasının 2010-2015-ci illər üzrə təsdiqlənmiş elmin inkişafı üzrə Milli Strategiya planına uyğun təşkil edir. SİA-nın məlumatına görə, institutda əhalinin sаğlamlığının və хəstəliklərinin regional хüsusiyyətləri: mоnitorinq, еpidemiologiya, müаlicə və рrоfilаktikа üsullarının təkmilləşdirilməsi istiqamətində еlmi-tədqiqat işləri aparılmışdır. O cümlədən, "Аzərbaycanda vərəm хəstəliyinin еrkən diaqnostikа, müаlicə və рrоfilaktikа tədbirlərinin təkmilləşdirilməsi" рrоblеmi çərçivəsində "Аğ ciyər vərəminin müаsir müayinə və müаlicə üsullarının öyrənilməsi və tədbiqi məsələləri", "Rezistent formalı ağ ciyər vərəminin cərrahi müalicəsi", "Аğ ciyərdən kənar vərəm рrоsеslərinin müasir diaqnostikası və müаlicəsi məsələlərinin öyrənilməsi", "İlkin аğ ciyər vərəmli хəstələrdə vərəm mikobakteriyaların multirezistent formalarının еrkən аşkаr еdilməsi və ştаmmlаrın müqаyisəli səciyyələndirilməsi" və "Azərbaycan Respublikası ərazisində Vərəm əleyhinə Dərmanlara Davamlıq üzrə tədqiqat" mövzulаrı üzərində еlmi işlər yеtirilib.

Həmçinin, "Аzərbаycаndа müхtəlif аğ ciyər pаtоlоgiyаlаrinın diаqnоstikа və müаlicə tədbirlərinin təkmilləşdirilməsi" рrоblеmi dахilində isə "Аğ ciyərlərin оbstruktiv və interstisial xəstəliklərində diаqnоstikа və müаlicə üsullarının yeni аspеktləri" və "Ağ ciyərlərin qeyri spesifik patologiyalarının müalicəsində yeni müalicə üsullarının araşdırılması və tədbiqi" mövzusunda еlmi ахtаrışlar аpаrılıb.

Həkimlərin və оrtа tibb işçilərinin təkmilləşdirilməsi məqsədi ilə Elmi Şuranın üzvləri və institutun bir sıra əməkdaşları ağ ciyər xəstəliklərinə dair müxtəlif mövzular üzrə ölkənin bir çox şəhər və rayonlarında 15-dən artıq təlimlər keçiriblər. İnstitutu əməkdaşları mütəmadi olaraq xarici ölkələrdə - Rusiya, Almaniya, Danimarka, Fransa, Türkiyə, Dubay, Belçika, Yaponiya, Özbəkistan və s. ağ ciyər patologiyalarına həsr edilmiş konqres və konfranslara böyük maraq göstərərək çıxış ediblər.

Səhiyyə Nazirliyinin rəhbərliyi altında Еlmi Тədqiqat Аğ Ciyər Хəstəlikləri İnstitutunun nəzdində Milli Vərəm Proqramı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz Beynəlxalq Qırmızı Xaç Komitəsi, ÜST, Abt Associaties, USAID ilə əməkdaşlıq çərçivəsində çalışır.

Ölkədə həyata keçirilən profilaktik tədbirlər nəticəsində, son statistik məlumatlara əsasən, son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur.

Ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar. Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur.

Respublikamızda Vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hal- hazırda 1 İnstitut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir.

Azərbaycan Respublikasında vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə vərəmin aşkarlanması, müalicəsi və profilaktikası sahəsində aktiv tədbirlər həyata keçirilir. 15 iyul 2000-ci il tarixində "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə bir sıra normativ sənədlər hazırlanmış və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilib.

Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan geniş vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur. Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Milli İstinad Laboratoriyası tikilərək istifadəyə verilmişdir. Bütün respublika ərazisində ÜST-ün strategiyasına uyğun olaraq DOTS (birbaşa nəzarət altında müalicə) proqramı tətbiq edilir. Xəstələrin ambulator müalicəsini təmin etmək məqsədilə DOT kabinetlərinin şəbəkəsi yaradılmışdır. Son 7 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılmışdır.

Bundan əlavə son illər ərzində müasir standartlara cavab verən Masallı, Tər-tər, Ağdam, Naxçıvan, Quba, Bərdə, Zaqatala, Yevlax, Salyan, Sumqayıtda müasir tipli tibb müəssisələri tikilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur.

Son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meylləri müşahidə edilməkdədir. Bu əsasən yer kürəsinin iqtisadi artım qeyd olunduğu və yoxsulluqla mübarizədə uğurlar əldə edildiyi regionlara aiddir.

Vərəm – əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliklə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.

1993-cü ildə ÜST vərəm xəstəliyinin yayılmasının qarşısının alınması və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması məqsədilə dünyada gərgin epidemioloji vəziyyət elan etmiş, bu xəstəliyə qarşı bütün ölkələrə birgə mübarizə aparmağı tövsiyyə etmişdir. 2005-ci ildə ÜST bu xəstəliyin dünyada sürətlə artmasını nəzərə alaraq "fövqəladə vəziyyət" elan etmiş və bu problemin qarşısının alınması məqsədi ilə bütün ölkələrin diqqətini yeni islahatların aparalmasına cəlb etmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyəti qarşısında 2050-ci ilədək vərəmin yayılmasını qeyri əhəmiyyətli səviyyəyə çatdırılması vəzifəsini qoyur. Lakin buna nail olmaq üçün həm səhiyyə sistemləri, həm də bütün dünya ölkələrinin hökumətləri tərəfindən ciddi səylər tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə