Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində və regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyul və avqust aylarında keçirilmiş aksiyalarda ümumilikdə 2738 nəfər iştirak edib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyalarda iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB