Süni qiymət artıranlar cərimələnəcək

Süni qiymət artıranlar cərimələnəcək

"Azərbaycanın dərman preparatları daxili bazarında süni qiymət artımına görə 50 min manata qədər məbləğdə cərimələrin tətbiqi nəzərdə tutulub" SİA-nın xəbərinə görə, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev jurnalistlərə açıqlamasında deyib.

Z.İsayev cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi üçün artıq təkliflər paketinin hazırlandığını deyib: "Dərman vasitələrinin satışı ilə bağlı süni qiymət artımının qarşısını almaq üçün təkliflər paketi hazırlanıb. Hazırda bu təkliflər müzakirə edilir. Qəbul olunarsa, cərimələr 50 min manata qədər artırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə