Tibb tarixində ilk FOTO

İngiltərədə ötən il dünyaya gələn və cəmi 100 dəqiqə yaşayan körpə tibb tarixinə adını yazdırıb. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, cəmi 100 dəqiqə yaşayan Teddy adlı körpə öldükdən sonra böyəkləri ilə başqa bir insana yaşam bəxş edib. Bununla da Teddy dünyanının ən kiçik yaşda orqan köçürməsi edən insan olaraq tibb tarixinə adını yazdırmağı bacarıb.

Əkiz körpə sahibi olan ailə Teddynin uzun zaman yaşamayacağını əvvəlcədən bilirdi. Çünki, körpə hələ ana bətnində olarkən onun beyninin inkişafına mane olan ölümcül virus aşkarlanmışdı. Bir övladını itirən ailə digər sağlam övladlı ilə təsəlli tapır.

Bütün xəbərlər Facebook səhifəmizdə