Masallı rayonundan sonra Lənkəranda da heyvanlar arasında "nodulyar dermatit" xəstəliyi aşkarlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, xəstəlik əsasən Lənkəranın Masallı rayonu ilə həmsərhəd olan Cil, Şağlaser, Zövlə, Xarxatan və digər kəndlərində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, xəstəlik heyvanlar arasında bir neçə gündür ki, yayılıb. Halsızlıq, iştahasızlıq, dəridə düyünlərin yaranması ilə başlanan xəstəlik heyvanları ölümcül vəziyyətə salır.
Lənkəran rayon bayrarlıq idarəsinin əməkdaşları xəstəlik yayılan kəndlərdə proflaktik tədbirlərə başlayıb. Aparılan müalicələr tam nəticə verməsə də, proflaktik tədbirlərdən sonra xəstə heyvanların ümumi vəziyyəti yaxşılığa doğru dəyişib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB