Həkimlərimiz kursa gedəcəklər

Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyasının mütəxəssisləri tərəfindən oktyabr-noyabr aylarında Bakıda şüa diaqnostikası, pediatriya və səhiyyənin idarə edilməsi üzrə kurslar təşkil olunacaq. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın dövlət xəstəxana və tibb mərkəzlərində çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər kurslarda iştirak edə bilərlər. Bunun üçün həkimlər avqustun 1-dək Səhiyyə Nazirliyinə (245 nömrəli otaq) müraciət etməlidirlər.

Kurslar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə