Yeni istifadəyə verilən Bakı Sağlamlıq Mərkəzində son 3 həftə ərzində 42 doğuş həyata keçirilib. Bunu jurnalistlərə açıqlamasında Doğum şöbəsinin müdiri Rəşad Sultan bildirib: "Bir neçə il bundan əvvəl qadınlar qeysəriyyə əməliyyatı ilə uşaqlarını dünyaya gətirirdilərsə, hazırda onlar normal doğuşu daha çox istəyirlər. Bildiyiniz kimi normal doğuş qadınların sağlamlığına daha faydalıdır. Onu da deyim ki, qısa müddətdir mərkəz istifadəyə verilməsinə baxmayaraq burada 42 doğuş həyata keçirilib ki, bunun 7-si qeysəriyyə əməliyyatı ilə olub.Bu o deməkdir ki, hər 6 doğuşdan 1-i qeysəriyyə əməliyyatı (15-20%) ilə nəticələnibsə, qalanları normal doğuşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB