Nazir Lənkəranda vətəndaşları qəbul edəcək

Nazir Lənkəranda vətəndaşları qəbul edəcək

Səhiyyə Naziri Oqtay Şirəliyev 17 mart 2014-cü il tarixində saat 13:00-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Lənkəran vətəndaşları ilə yanaşı Astara, Biləsuvar, Cəlilabad, Masallı, Cəbrayıl, Lerik və Yardımlı rayon sakinlərini də qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda, habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə