Bayram günlərində BŞTTTYS-ya 18 550 müraciət daxil olub STATİSTİKA
Cari ilin bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb. Stansiyanın Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova SİA-ya açıqlamasında bildirib ki, qida zəhərlənmələri ilə bağlı ötən ilin dekabr ayının 30-dan cari ilin yanvar ayının 7-nə qədər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 18 550 müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlər əsasında 1254 nəfər xəstəxanaya yerləşdirilib: "Dəm qazından isə zəhərlənmələrlə bağlı son 8 gündə stansiyaya 100 müraciət daxil olub. Müraciətlər əsasında 67 nəfər xəstəxanaya yerləşdirilib. Yanvar ayının 1-də 50 yaşlı kişi, 3-də 23 yaşlı oğlan, 6-da isə 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb".
Zemfira Vahidova bayram günlərində baş verən yol-nəqliyyat hadisələri barədə də məlumat verib: "Bu günlərdə 52 yol-nəqliyyat hadisəsi baş verib. Onlardan 12-si maşınların piyadaları vurması ilə bağlı hadisədir. Qalanları isə avto-qəzalardır ki, bu hadisələrdə də 6 ölüm halı qeydə alınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB