Ölkənin qərb bölgəsində xərçəng diaqnozu qoyulan vətəndaşların sayı artıb. Rəsmi statistikaya görə, hazırda Gəncə şəhərində adıçəkilən diaqnozla yaşayan vətəndaşların sayı təxminən 420 nəfərdir. İlin sonuna kimi isə bu rəqəmin 470-ə çatacağı ehtimal edilir. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Onkoloji Xəstəxanasının baş həkimi Fikrət Hüseynov bildirib. Onun sözlərinə görə, xəstələrin sayının artması diaqnostikanını yaxşılaşdırılması ilə sırf bağlıdır. Əgər son 20 il ərzində xərçəng xəstəliyinin diaqnozunun vaxtında təyin etmək mümkün olmurdusa, bu gün müasir tibbi avadanlıqların köməyi ilə bu mümkündür.
Bundan əlavə xəstəliyə vətəndaşların məsuliyyətsiz yanaşmaları da davam edir. Müsahibimizin sözlərinə əsasən, bu xəstəlikdən əziyyət çəkən insanlar vaxtında həkimə müraciət etmədikdə onların müalicəsi də çətinləşir. Lakin zamanında həkim nəzarətinə götürülən xəstələrin müalicəsi təmin edilir.
Məlumat üçün bildirək ki, onkoloji xəstəliklər dövlət proqramına salınıb. Başqa sözlə desək artıq bu xəstəliyin müalicəsi və diaqnostikası üçün ən müasir texnikalardan istifadə olunmaqdadır. Gəncə Onkoloji Xəstəxanasında yeni şöbələr yaradılıb ki, bu da müalicə və diaqnostikanın zamanında təyininə imkan yaradır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB