İçməli su seçərkən nələrə diqqət yetirməliyik? Bütün sular eynidirmi? İçməli su seçərkən düzgün qərar vermək sağlamlığımız üçün vacibdir. Gündəlik maye ehtiyacı 3 litrə yaxındır. 60-70 faizi maye olan insan bədəni bir gündə tənəffüs yolu, tər və sidiklə 2,5 litr maye itirir. İtirilən maye gündəlik qəbul edilən su, qarpız, qovun kimi su nisbəti yüksək olan meyvələrlə yanaşı, süd, ayran, çay, meyvə suyu kimi içkilərlə də təmin edilir. İsti havalarda ehtiyacımız olan su və mineral itkisini qarşılamaq üçün hansı içkilərə üstünlük verməliyik? İnsanlar içdikləri suyun keyfiyyətinə fikir verirmi?
Şəhər sakini Məcidova Lalə əsasən yerli sulara üstünlük verdiyini deyib. Məhsulların tarixinə baxmadığını deyən sakin suların keyfiyyətindən elə də narazı deyil: "Baxmadan alırıq, amma keyfiyyəti pis deyil. İnsan yayda çölə çıxarkən susuzluğu yatırmaq üçün su alıb içir. Bundan əlavə, suların keyfiyyəti də pis deyil".
Elvin Əliyev isə içkilərdən yalnız susuzluğu yatırmaq üçün istifadə etdiyini deyib. Əsasən qazsız sulara önəm verdiyini deyən sakin qeyd edib ki, onlar daha yaxşı susuzluğu yatırır: "Suyu əsasən məcburiyyətdən qəbul edirik. Onun tarixinə, keyfiyyətinə baxmırıq. Əsas odur ki, su olsun və alıb içək. İnsan susuz olanda keyfiyyət və ya onun taixi yada düşmür".
Təhminə Məmmədova isə vurğulayıb ki, suyu körpələrə verdiyinə görə onun taxirinə mütləq diqqət yetirir. Bəzilərinin keyfiyyəti qane edir, bəzilərinki yox.
Orxan Babayev vurğulayıb ki, içkilərdən nisbətən məcburiyyət qarşısında istifadə edirik: "O qədər də inam yoxdur. Adi bir məclisdə görürsən ki, biri hansısa içkini qəbul etdikdən sonra özünü pis hiss edir. Bunlar hamısı onların keyfiyyətindən xəbər verir".
Satıcılar isə mağazaya gətirilən suların keyfiyyətinə və son istifadə tarixinə fikir verdiklərini deyiblər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə qeyd edib ki, məhsulun harada və nə vaxt istehsal olunmasına xüsusi diqqət yetirilməlidir. Sərinləşdirici içkilərin daha çox növlərə bölündüyünü deyən şöbə müdiri qeyd edib ki, bunların da özünün saxlama və ya satılma yerləri olmalıdır: "İsti yay günlərində məhsulların günəş qarşısında saxlanması və satılması onların keyfiyyətinə ziyan vurur. Ona görə də bu içkiləri alan insanlar onların harada saxlandığına, satıldığına daha çox fikir verməlidir. Unutmasınlar ki, belə məhsullar onların sağlamlığına ziyandır".
Hərhalda isti havalarda su içmək bir tələb olmaqla yanaşı, həm də ehtiyyacdır. Amma onları qəbul edərkən keyfiyyət və istehsal tarixinə baxmağı unutmamaq isə bir zərurətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB