Maqnit fırtınaları ilə miqren arasındakı əlaqə təkzib edilir..?

Dözülməz ağrının əsl mənbəyi müəyyən edilib...

...Günəş aktivliyi və maqnit fırtınaları insanlarda miqrenə səbəb olmur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı həkim Valeri Litvinov bildirib.

Ekspertin sözlərinə görə, kosmik hava şəraitinin insan rifahına təsir etməsi ilə bağlı məşhur fikir heç bir elmi əsası olmayan bir mifdir.

Litvinov vurğulayıb ki, günəş partlayışlarından gələn güclü radiasiya Yerin ionosferinə təsir göstərə bilər və GPS və rabitə sistemlərində pozuntulara səbəb ola bilər.

Lakin, o, insan bədəninə birbaşa təsir etmək üçün planetin səthinə fiziki olaraq nüfuz edə bilməz.

Alim stress və bədənin qeyri-kafi adaptiv qabiliyyətindən qaynaqlanan sinir sisteminin həddindən artıq yüklənməsini dözülməz ağrının əsl mənbəyi kimi müəyyən edib.

Sinir gərginliyi insanı həssas edir.

Bu fonda alkoqol, tıxanma, kəskin qoxular və ya yüksək rütubət kimi xarici amillər xəstəliyi yalnız daha da ağırlaşdırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə