Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki müəssisələr üzrə 2022-ci ilin birləşdirilmiş maliyyə hesabatlarının kənar auditi xidməti üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.

İddiaçılar təkliflərini iyulun 18-nə qədər TƏBİB-in yerləşdiyi Bakı şəhəri, N.Nərimanov, 206A (“Capital Towers” Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər.

Təkliflərə həmin gün, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə