...Günortadan sonra yuxululuq sağlamlıq problemlərindən xəbər verə bilər.
Gün ərzində yatan insanların oyaq qalanlara nisbətən ölüm riski daha yüksəkdir. Fakt budur ki, günortadan sonra yuxululuq ürək çatışmazlığı, nevroloji xəstəliklər, sirkadiyalı ritm pozğunluğu və ya gecə yuxu pozğunluğu kimi sağlamlıq problemlərini göstərə bilər.
SİA-nın məlumatına görə, Çikaqonun Rush Universitetinin alimləri, həkimlərin xəstənin xəstəlik tarixini toplayarkən mütləq nəzərə almalı olduqlarına inandıqları məlumatlar toplayıblar.
Yuxu və ölümlə bağlı məlumatlar nəzərə alınarkən insanların gecə növbəsində işlədiyi hallar istisna edilib.
Üstəlik, məlumatlar yalnız sağlam orta yaşlı könüllülər haqqında idi ki, bu da yuxululuğun digər səbəblərini istisna etməyə imkan verib.
Gündüz saat 9:00-dan 19:00-a kimi nəzərə alınmaqla, aktiqrafiyadan istifadə edərək yuxuya nəzarət edilib. 11 illik müşahidələr zamanı gün ərzində yatmağa üstünlük verən 86 000 iştirakçıdan 5 000-dən çox insan ölüb.
Alimlər öz müşahidələrindən bəzi digər məlumatlara da istinad ediblər:
- gündüz nizamsız yuxu ölüm riskini 14 faiz artırır;
- 30 dəqiqədən çox yatmaq ən böyük risklə əlaqələndirilir;
- 11:00-13:00 arasında yatmaq ölüm ehtimalını 7 faiz artırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə