Qrip mutasiyası pandemiyaya səbəb ola bilər

…2024-cü ildə aktuallaşan Marburq, Zika və ya meymun çiçəyi kimi viruslar o qədər də təhlükəli deyil.

SİA-nın məlumatına görə, rusiyalı həkim Andrey Pozdnyakov bəşəriyyət üçün yeni pandemiyaya səbəb ola biləcək potensial təhlükələrdən narahatlığını ifadə edib.

O qeyd edib ki, əvvəllər diqqət yüksək ölümcül qripə yönəldildiyi halda, əsl təhlükə yüksək yoluxuculuq və patogenliyə malik naməlum virus ola bilər.

Qrip vaksinlərin və effektiv müalicə üsullarının mövcudluğuna baxmayaraq, hər il minlərlə insanın ölümünə səbəb olan ciddi təhlükə olaraq qalır.

Onun mutasiyaları onu daha da təhdid edir. Heyvanlardan insanlara keçə bilən quş qripinin yayılma riski xüsusilə narahatlıq doğurur.

Viral xəstəliklərlə yanaşı, qızılı stafilokok, Acinetobacter, Escheriçia coli, Klebsiella, Pneumococcus və Pseudomonas aeruginosa kimi bakteriyalar da ciddi təhlükə yaradır.

Bu mikroorqanizmlər təbii olaraq insan orqanizmində məskunlaşır və onlar dərmanlara qarşı müqavimət göstərsələr, nəticələri bütün bəşəriyyət üçün fəlakətli olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə