Britaniyalı alimlər xərçəngin inkişafına qarşı peyvənd hazırlayırlar

Britaniyalı alimlər xərçəngin inkişafını 20 il əvvəldən dayandıra biləcək yeni peyvənd üzərində çalışırlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “GSK” əczaçılıq şirkəti və Oksford Universiteti birlikdə xərçəngöncəsi mərhələdə olan hüceyrələri hədəf alan peyvənd hazırlamağı planlaşdırırlar.

Professor Sara Blaqden bildirib ki, həmişə xərçəngin bədəndə bir və ya iki il ərzində inkişaf etdiyi düşünülürdü: “Lakin əslində indi bilirik ki, normal hüceyrənin xərçəngə çevrilməsi prosesi 20 il, bəzən daha çox vaxt ala bilər”.

Hazırda Böyük Britaniyada hər il 385 mindən çox insana xərçəng diaqnozu qoyulur və 167 mindən çox insan bu xəstəlikdən vəfat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə