Duzlaşma hansı orqanlara daha çox ziyandı? - HƏKİM FİKRİ

“Çiyin ağrılarına əhalinin orta və yuxarı yaş qrupunda daha sıx rast gəlinir. Uşaqlarda daha çox travmatik səbəblərdən ortaya çıxır və yeni doğulanlarda da rast gəlinir. Çiyin ağrılarının səbəbləri müxtəlifdir: Duzlaşma, sinir sıxılması, travmalardan sonra boyun fəqərəarası disk yırtıqları səbəbilə fibromialjiya, infeksion və metobolik xəstəliklər”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

O bildirib ki, vətər və bağların zədələnməsi, əzələ spazmı və s. digər səbəblər də çiyin ağrılarına səbəb ola bilər: “Çiyin oynağı qurluşuna görə mürəkkəb oynaq olduğu üçün ağrının səbəbini həkim anamnezlə, ağrının lokalizasiyası, ağrının xarakteri, zamanı və şüa diaqnostik müayinə metodları vasitəsi ilə dəqiqləşdirə bilər. Ağrı uzun müddət davam etdikdə hərəkət məhdudluğu ilə müşayiət olunur və nəticədə müalicənin müsbət proqnozu çətinləşir. Buna görə də vaxtında həkimə müraciət edib, xəstəliyin səbəbini aşkarlayıb, fizioterapevtik müalicə alaraq xəstəliyi aradan qaldırmaq şərtdir.

Həkim fizioterapevt xəstəliyin hansı səbəbdən qaynaqlanmasını nəzərə alaraq müalicə proqramı təyin edir. Fiziki metodlar əzələnin və bağların funksiyasını bərpa etmək, ağrını aradan qaldırmaq, zədələnmiş toxumada qan və limfa dövranını bərpa etmək, iltihabı vəziyyət varsa aradan qaldırmaq, zədələnmiş toxumaların regenerasiyasını təmin etmək üçün nəzərdə tutulur. Bu səbəbdən elektroforez, ultrasəslə müalicə, alçaq frekanslı cərəyanlar ve s. tibb yeniliyi proloterapiya prosedurası tətbiq edilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə