Xəstəxanalarda infeksion nəzarət komitələri təyin olunub TƏBİB

İnfeksion nəzarət komitələri xəstəxananın bir neçə şöbəsinin təmsilçilərindən ibarət olur və komitəyə sədrliyi xəstəxana rəhbərliyi edir.

SİA xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, bu komitələrin fəaliyyət istiqaməti xəstəxanalarda epidemioloji nəzarət nəticələrinin araşdırılması, təhlil edilməsi, infeksiyaya yoluxma hallarının müəyyən edilməsi, aşkarlanması, analiz edilməsi, ona qarşı görülməli tədbirlər müzakirəsi və həll yollarının tapılmasından ibarətdir. Məhz onların fəaliyyətlərinin nəticəsi olaraq xəstəxanalarda bu istiqamətdə işlər icra olunur.

“Artıq xəstəxanaların bir çoxunda infeksion nəzarət komitələri qurulub və məsul şəxslər təyin olunub. Onlara müxtəlif mövzularda və müxtəlif prosedurlarla bağlı tərəfimizdən hazırlanmış təlimatlar göndərilib və komitələr işlərini o qaydaların əsasında qurmağa başlayıblar.

Hədəfimiz vətəndaşımızın xidmət aldığı istənilən tibb müəssisəsində infeksiyalardan azad, minimal risklərlə tibbi xidmətin onlar üçün əlçatan olmasıdır”, - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə